Maduro məşhur şəxslərlə eyni təcridxanada saxlanılır
Məşhur ABŞ-li reper Tekashi 6ix9ine (əsl adı Daniel Ernandes) Bruklindəki istintaq təcridxanasında Venesuela lideri Nikolas Maduro ilə birgə cəza çəkir.
Liderxeber.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Məlumata görə, tanınmış reperin üçaylıq həbs cəzası başlayıb. Maduro ilə eyni təcridxanada saxlanılan musiqiçi Venesuela lideri ilə rəqs etmək və kart oynamaq istədiyini bildirib.

O, şərti azadlıq qaydalarını pozduğuna görə həbsxanaya göndərilib. İyul ayında reper narkotik saxlamaqda ittiham olunub və günahını etiraf edib.
Xəbərdə bildirilir ki, Venesuela liderinin olduğu həbsxanada digər məşhur reper - Şon Kombs (Diddi) və Luici Manconenin də olduğu bildirilir. Yüksəkvəzifəli şəxsi qətlə yetirməkdə ittiham olunan Luici məhkəməyəqədər həbs cəzasına məhkum olunub.
