Pressa.az » Dünya » Dadı eyni, kalorisi çox az - Yeni şəkər tapıldı

Dadı eyni, kalorisi çox az - Yeni şəkər tapıldı

16 yanvar 2026, Cümə, 09:45
Dadı eyni, kalorisi çox az - Yeni şəkər tapıldı

Tufts Universitetinin alimləri süfrə şəkərinə yaxın dada malik, lakin daha az zərərli olan “taqatoza” adlı nadir şəkərin istehsalı üçün yeni üsul hazırlayıblar.

Liderxeber.az xəbər verir ki, aşağı kalorili olan taqatoza qan şəkərinə minimal təsir göstərir və ağız-bağırsaq sağlamlığı üçün faydalı hesab olunur.

Təbiətdə çox az rast gəlinən bu şəkərin istehsalı indiyədək çətin və baha olub.

Alimlər “Escherichia coli” bakteriyalarını genetik dəyişdirərək, qlükozanı 95 faiz səmərəliliklə taqatozaya çevirə biliblər. Bu, əvvəlki üsullarla müqayisədə xeyli yüksək göstəricidir.

Taqatoza süfrə şəkərinin şirinliyinin təxminən 92 faizinə malikdir, bişirmə zamanı şəkər kimi davranır və təxminən 60 faiz daha az kalori ehtiva edir. Qan şəkərini az yüksəltdiyi üçün xüsusilə diabet xəstələri üçün perspektivli alternativ sayılır.