Pressa.az » Ölkə » Pəhriz saxlayan insanların istədikləri qədər yeyə biləcəyi az kalorili qidalar

Pəhriz saxlayan insanların istədikləri qədər yeyə biləcəyi az kalorili qidalar

25 sentyabr 2023, Bazar ertəsi, 14:32
Pəhriz saxlayan insanların istədikləri qədər yeyə biləcəyi az kalorili qidalar

Sağlam və gümrah olmağın ən vacib şərtlərindən biri düzgün qidalanmadır. Xəstəliklərdən qorunmaq üçün qidalanmamıza diqqət etməyimiz vacibdir. Hər kəs tərəfindən ziyanlı olduğu bilinən qidalar kimi, faydalı olduğu bilinən qidalar da çoxdur. Bəs görəsən, hansı qidalardan istədiyimiz qədər yeyə bilərik?

LiderXəbər sağlam qidalanan və pəhriz saxlayan insanların istədikləri qədər yeyə biləcəyi az kalorili qidalardan yazır.

Gülkələmi

Adi baş kələmlə müqayisədə orqanizm tərəfindən daha asan mənimsənilən bu tərəvəz təəssüf ki, bizim mətbəxdə geniş istifadə olunmur. Gülkələminin tərkibində bol miqdarda C vitamini var. Hətta alimlərin araşdırmalarına görə C vitamini limonla müqayisədə gül kələmində daha çoxdur. C vitamini ilə zəngin qidalar orqanizmdə immun sistemini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır. Tərkibində B qrupu, A, E, D, K və nadir U vitamini, kalsium, sink, fosfor, dəmir, mis və s. kimi mikroelementlər olan bu tərəvəz həmçinin az kalorili qidadır. 25 kaloriyə malik bu bitkini çiy yemək tövsiyə olunur. Qanın tərkibini zənginləşdirən, qocalma prosesini ləngidən bu tərəvəzdən bol-bol istifadə edə bilərsiniz.

Kələm

Orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyərək arıqlamağa kömək edən ən faydalı tərəvəzlərdəndir. C, K, PP, B qrupu vitaminləri, kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir. Çiy şəkildə yeyilməsi tövsiyə olunan bu tərəvəz 32 kaloriyə malikdir.

Yumurta ağı

Yumurta ağı 17 kaloriyə malikdir. Toxluq hissini uzun müddət qoruduğuna görə arıqlamaq istəyənlər pəhrizlərinə əlavə edə bilərlər. Ələxsus da səhərləri pomidorla yumurta ağından hazırlayacağınız yemək sizi günboyu tox və gümrah hiss etdirəcək.

Qreyfurt

C vitamini ilə zəngin, mükəmməl antioksidant hesab olunan qreyfurt ürəyinin qayğısına qalanlar üçün də çox faydalı olacaq. Orta hesabla 50 kaloriyə malikdir. Bu da arıqlamaq istəyənlər üçün əla seçimdir. Tərkibində bol miqdarda su və kalium var. Gündə bir stəkan qreyfurt şirəsi içmək yorğunluğunuzu aradan götürərək gününüzə daha enerjili davam etməyinizə kömək edəcək.

Xiyar

Tərkibinin 95%-i sudan ibarət olan xiyarda 16 kalori var. Təzə, soyulmamış yeyilən xiyar orqanizmə çox faydalıdır. Dərini nəmləndirir, parlaqlığını artırır. Xiyar həmçinin ağız qoxusuna səbəb olan bakteriyaların ölməsinə kömək edir. Ağır ədviyyatlı yeməklərdən sonra bir dilim xiyarı damağınızda 30 saniyə saxlayaraq xoşagəlməz qoxulardan azad ola bilərsiz.

Partladılmış qarğıdalı (Popkorn)

Popkorn yağlı və duzlu olduğu üçün yüksək kalorili hesab olunur. Lakin mikrodalğalı sobada partladılmış qarğıdalı 31 kaloriyə malikdir. Bu cür hazırlanan popkornu arıqlamaq istəyənlər də rahatlıqla yeyə bilər.

Brokkoli

Brokkoli çox faydalı və müalicəvi bitkidir. Orqanizmi ziyanlı maddələrdən təmizləyir, həzm prosesini yaxşılaşdırır. Brokkolini buğda və ya az miqdarda suda bişirib yemək məsləhət görülür. Arıqlamaq istəyənlərin bir nömrəli qidalarından olan brokkoli 31 kaloriyə malikdir. A, C, E, K vitaminləri ilə zəngindir.

Yemiş

Pəhrizinizi pozmadan şirniyyat ehtiyyacınız ödəmək istəyirsinizsə yemiş ən yaxşı seçimlərdəndir. Şəkərlə zəngindir və əla enerji mənbəyidir. Əhval-ruhiyyənizin yüksəlməsinə kömək edəcək. A, C vitamini ilə zəngin olan yemişin tərkibində 55 kalori var.

Böyürtkən

C vitamini ilə zəngin, antioksidant təsirə malik bitkidir. 62 kaloriyə malikdir. Uzunmüddətli pəhrizlərdə qida rasiyonuna əlavə edilməsi mütləq şəkildə tövsiyə edilir. Həmçinin xalq təbabətində də geniş istifadə olunur

Oxşar Xəbərlər:

Xurmanın faydaları hansılardır?
19 sentyabr 2023, Çərşənbə axşamı
Xurmanın faydaları hansılardır?
Albalının bilmədiyimiz bir çox faydaları
07 mart 2023, Çərşənbə axşamı
Albalının bilmədiyimiz bir çox faydaları
Balın keyfiyyətini necə yoxlamaq olar?
13 sentyabr 2023, Çərşənbə
Balın keyfiyyətini necə yoxlamaq olar?