Yaponiyada helikopter yoxa çıxdı
Yaponiyanın Kumamoto prefekturasında üç nəfərin olduğu turist helikopterinin yoxa çıxdığı bildirilir.
Liderxeber.az xəbər verir ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb.
Bildirilib ki, Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi helikopterin Kumamotodakı Aso dağı ətrafında uçuş həyata keçirməsinin planlaşdırıldığını açıqlayıb.
Rəsmi bəyanata əsasən, helikopterdə pilot və Tayvandan olan iki sərnişin olub.
Qeyd olunub ki, helikopter uçuş zamanı təcili siqnal göndərib, lakin planlaşdırılan vaxtda bazaya qayıtmayıb. Bunun ardınca ərazidə axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
15 aprel 2024, Bazar ertəsi
Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək
01 sentyabr 2024, Bazar günü
Rusiyada helikopterin qəzaya uğradığı yerdən 17 nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
25 iyun 2024, Çərşənbə axşamı
Bakı COP29-da turist axınına hazırlaşır: gözləntilər, infrastruktur və gələcək üçün planlar
