Pressa.az » Dünya » ABŞ-nin vitse-prezidenti gələn ay Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti gələn ay Azərbaycana səfər edəcək

24 yanvar 2026, Şənbə, 08:45
ABŞ-nin vitse-prezidenti gələn ay Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və TRIPP marşrutunu irəli aparmaqdır.

“ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”.