Pressa.az » Dünya » ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri verə bilər - Bu halda

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri verə bilər - Bu halda

27 yanvar 2026, Çərşənbə axşamı, 10:03
ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri verə bilər - Bu halda

“Ukrayna ərazi güzəştlərini nəzərdə tutan sülh sazişinə razılaşarsa, ABŞ-dən təhlükəsizlik zəmanətləri ala bilər”.

Liderxeber.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ərazi güzəştinə razılıq verərsə, Vaşinqton təhlükəsizlik zəmanətləri verməklə yanaşı, Ukraynaya silah tədarükünü artırmağa da hazırdır.