Pressa.az » İqtisadiyyat » Uyğun diaqonala malik televizoru necə seçmək olar?

Uyğun diaqonala malik televizoru necə seçmək olar?

29 sentyabr 2025, Bazar ertəsi, 16:54
Uyğun diaqonala malik televizoru necə seçmək olar?

Televizorun diaqonalını necə seçək? “Xiaomi”nin yeni modellərinin nümunəsi əsasında

Televizor seçimi adətən “Otaq üçün hansı diaqonalı seçək?” sualı ilə başlayır. Yeni ekranın öz kinoeffekti ilə sevinc gətirməsi, yoxsa iri ölçüsü ilə narahatlıq yaratması bu suala verəcəyiniz cavabdan asılıdır. 2025-ci ildə “Xiaomi” şirkəti bu məsələni həll etməyə imkan verən iki variant təqdim edib: Xiaomi TV A Pro 55"Xiaomi Smart TV A 43". İlk baxışda onlar oxşardır - eyni “Google TV” əməliyyat sistemi, səsli idarəetmə, “Chromecast” və “AirPlay” dəstəyi. Lakin fərqlər məhz gündəlik istifadə üçün vacib olan məqamlarda - görüntü, oyunlar və səsdə gizlənir. 


Böyük təəssüratlar üçün böyük ekran


55-düymlük “A Pro” modeli - ailənizin və ya dostlarınızın toplaşdığı qonaq otağı üçün nəzərdə tutulmuş televizordur. Onun kvant nöqtələrə malik QLED paneli DCI-P3 rəng məkanının 94%-ni əhatə edir, “Filmmaker Mode” rejimi isə filmi rejissorun düşündüyü kimi görməyə imkan verir. “HDR Enhance” funksiyasını əlavə etməklə səhnələrə dərinlik və dolğunluq qata bilərsiniz. 


Oyun həvəskarları üçün “A Pro” televizorları “Game Boost” funksiyasını təklif edir: 1080p genişlənməli HDMI vasitəsilə yeniləmə tezliyi 120 Hz-dək yüksəlir. İstər futbol matçları olsun, istərsə də yarış treki - dinamik səhnələrdə bu, xüsusilə nəzərə çarpır. “Dolby Audio”, DTS:X və DTS Virtual:X dəstəkli güclü akustika görüntüdən alacağınız təəssüratı tamamlayır.


Əlavə xərc tələb etməyən kompaktlıq 


Heç də hər kəs ev kinoteatrına ehtiyac duymur. Yataq otağı, mətbəx və ya iş otağı üçün kompakt və universal modelin olması kifayətdir. Xiaomi Smart TV A 43" məhz belə bir variant təklif edir. Bu model HDR10 və MEMC dəstəyinə malik 4K UHD standartının təcəssümüdür. Təsvir daim təmiz və balanslıdır, “Low Blue Light” və “DC Dimming” kimi göz qoruma texnologiyaları isə axşam baxışlarını daha rahat edir.


Bu modelin səs imkanları daha sadə - 2×10 Vt dinamiklidir, lakin eyni “Dolby” və DTS standartlarını dəstəkləyir. Gündəlik tapşırıqlar üçün bu, tam kifayətdir.


Dizayn və universallıq

Hər iki model ultranazik çərçivələrə malik metal korpusdan hazırlanıb. Divarda və ya TV altlığında onlar həm səliqəli və müasir görünür, həm də diqqəti özlərinə çəkmirlər.


Qayda çox sadədir: məkan və təsvir tələbləri nə qədər böyükdürsə, diaqonal da bir o qədər böyük olmalıdır.


  • Kinoteatr effekti və dinamik oyunlar istəyirsinizsə - seçiminiz Xiaomi TV A Pro 55" olmalıdır.


  • Gündəlik işlər üçün kompakt və funksional televizor lazımdırsa - Xiaomi Smart TV A 43" əsl siz axtardığınız modeldir. 


Azərbaycanda hər iki model artıq pərakəndə satışda mövcuddur.


  • Xiaomi TV A Pro 55" - 1099 AZN-dən başlayan qiymətlərlə


  • Xiaomi TV A 43" - 669 AZN-dən başlayan qiymətlərlə


Televizorları brendin rəsmi tərəfdaşları - “Kontakt” “İrşad” şəbəkələrindən əldə edə bilərsiniz. 


“Xiaomi” brend yeni məhsul seriyası ilə göstərir ki, texnologiyalar miqyas baxımından fərqli olsa da, istifadədə eyni dərəcədə rahatlığı təmin edə bilər.