Türkiyədə "F-16" qəzaya uğradı, pilot şəhid oldu
Türkiyənin Balıkesir vilayətində 9-cu aviabazadan havaya qalxan "F-16" tipli döyüş təyyarəsi qəzaya uğrayıb, bir hərbçi şəhid olub.
Liderxeber.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Balıkesir valisi İsmail Ustaoğlu hadisənin yerli vaxtla saat 1 radələrində baş verdiyini açıqlayıb.
Təyyarənin İzmir-İstanbul magistralının Balıkesirin Naifli kəndi ərazisindən keçən hissəsinə düşdüyü məlum olub. Yol hər iki istiqamətdə hərəkətə bağlanıb. Bölgəyə çox sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb olunub.
Milli Müdafiə Nazirliyindən bildirilib ki, "F-16" ilə rabitə əlaqəsi yerli vaxtla saat 00:56-dan etibarən kəsilib və təyyarə radardan itib. Qəzanın səbəbi araşdırılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
