İran İsraili Dimon nüvə reaktorunu vurmaqla hədələdi
İran İsrail və ABŞ-nin İslam Respublikasında hakimiyyət dəyişikliyinə cəhd edəcəyi təqdirdə, İsrailin cənubunda yerləşən Dimon nüvə obyektini hədəf alacağı ilə hədələyib.
Liderxeber.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, İsrail və ABŞ tərəfindən İran hakimiyyətinə qarşı hər hansı addım atılarsa, cavab tədbirləri görüləcək və hədəflər sırasında Dimon nüvə reaktoru da olacaq.
Qeyd edək ki, Dimondakı nüvə reaktoru uzun illərdir beynəlxalq diqqət mərkəzindədir və İsrailin nüvə proqramı ilə bağlı müzakirələrdə əsas mövzulardan biri olaraq qalır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət
