Pressa.az » Dünya » Yaxın Şərq neftindən tarixi rekord - 153 dolları ötdü

Yaxın Şərq neftindən tarixi rekord - 153 dolları ötdü

17 mart 2026, Çərşənbə axşamı, 10:07
Yaxın Şərq neftindən tarixi rekord - 153 dolları ötdü

ABŞ və İsrailin İrana hücumları və Hörmüz boğazındakı blokada enerji bazarlarında rekord səviyyədə böhrana səbəb olub. Yaxın Şərq neft göstəriciləri təchizatdakı fasilələr səbəbindən bütün zamanların ən yüksək qiymətlərinə çataraq, dünyada ən bahalı neft statusunu qazanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “S&P Global Platts” məlumat yayıb.

Belə ki, Dubay xam neftinin qiyməti “Brent” neftinin 2008-ci ildə qeydə alınmış 147,50 dollarlıq rekordunu keçərək, 153,25 dollara yüksəlib. Eyni zamanda, Oman xam nefti də rekord səviyyəyə çataraq 147,79 dollar qiymətində satılıb.

Hörmüz boğazından tranzitin dayandırılması neft daşınmalarında ciddi boşluq yaradıb. Fevral ayında 90 sent olan Dubay neftinin svop xalı mart ayında təxminən 56 dollara yüksələrək, neftin dəyərinin üçdə birini təşkil edib.

Blokada səbəbindən Asiyaya ixrac gündə 11,6 milyon barelə düşüb ki, bu, fevral ayında göndərilən 19 milyon barellə müqayisədə təxminən 32 faiz azalma deməkdir. Artan xərclər və xammal çatışmazlığı səbəbindən bir çox Asiya neft emalı zavodu fəaliyyətini məcburiyyət qarşısında məhdudlaşdırmalı olub. Bazar mütəxəssisləri mövcud qiymətlərin məhdud ticarət səbəbindən “qeyri-təbii” səviyyəyə çatdığını bildirirlər.

Yaxın Şərqdən tədarük təmin edə bilməyən neft emalı zavodları Amerika və Afrikaya üz tutduqca, bu bölgələrdə də neft qiymətləri yüksəlib. Braziliya xam nefti rekord səviyyəyə çataraq, barel üçün 12-15 dollar arasında qiymətlənib. Qərbi Afrikada da oxşar tələbat və qiymət artımı müşahidə olunur.