Pressa.az » Dünya » Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi

Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi

19 oktyabr 2026, Bazar ertəsi, 13:40
Təyyarə Qazaxıstan səmasında təhlükə siqnalı verdi - Təcili endi

Rusiyanın “S7 Airlines” aviaşirkətinin Novosibirsk-Mahaçqala reysini həyata keçirən “Boeing 737-80” sərnişin təyyarəsi Qazaxıstanın hava məkanında təhlükə siqnalı verib. 

Liderxeber.az xəbər verir ki, bu barədə “İnterfaks” nəşri məlumat yayıb. 

Texniki nasazlıq səbəbindən istiqaməti dəyişməli olan təyyarə Omsk hava limanının ehtiyat zolağında eniş edib. 

Təyyarədə olan sərnişinləri ünvana çatdırmaq üçün Novosibirskdən ehtiyat təyyarə göndərilib.

Hadisənin digər təfərrüatları açıqlanmır.