Pressa.az » Dünya » İran İsrailə və ABŞ-nin bazalarına zərbələr endirdi

İran İsrailə və ABŞ-nin bazalarına zərbələr endirdi

17 mart 2026, Çərşənbə axşamı, 16:47
İran İsrailə və ABŞ-nin bazalarına zərbələr endirdi

İran İsrailə qarşı 58-ci hücum dalğasına başladığını bəyan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadən məlumat yayıb.

Məlumata görə, İran Təl-Əviv, Qərbi Qüds, Nəhariyyə və Beyt-Şemeş şəhərlərinə, eləcə də İraq (Viktoriya düşərgəsi), Səudiyyə Ərəbistanı (Əl-Xərc) və Küveytdəki (Əli əs-Salam) ABŞ bazalarına və bu ölkənin beşinci donanmasının gəmilərinə hücum edib.

Qeyd edilir ki, hücumlar zamanı orta, uzun və super ağır mənzilli raketlərdən, eləcə də PUA-lardan istifadə olunub.