ABŞ-nin İrana 15 bəndlik təklifi ortaya çıxdı
ABŞ Pakistan vasitəsilə İrana Yaxın Şərqdə müharibənin dayandırılması üzrə 15 bənddən ibarət plan təqdim edib. Tehranın bu planı danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi hələlik məlum deyil.
Liderxeber.az bildirir ki, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən yazır.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqtonun planı İranın ballistik raket və nüvə proqramına, dəniz gəmiçiliyi məsələlərinə aiddir.
Qeyd edilir ki, ABŞ ilə İran arasında əsas vasitəçi Pakistan Quru Qoşunlarının komandanı Seyid Asim Munir olub.
