"Hizbullah" İsrail Müdafiə Nazirliyinin binasına raket hücumu barədə bəyanat yayıb
Livanın "Hizbullah" hərəkatının hərbi qanadı Təl-Əviv şəhərində yerləşən İsrail Müdafiə Nazirliyinin Kiriya bazasına raket zərbələri endirdiyini bildirib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumat qruplaşmanın rəsmi "Telegram" səhifəsində dərc olunub.
"Martın 26-da, cümə axşamı saat 01:10-da (Bakı vaxtı ilə saat 03:10) İslam müqaviməti qüvvələri Təl-Əvivin mərkəzindəki İsrail Müdafiə Nazirliyinə məxsus Kiriya qərargahını hədəfə alıb", - deyə bəyanatda qeyd olunub.
"Hizbullah"ın yaydığı məlumata əsasən, şəhərin yaxınlığında qərarlaşan hərbi kəşfiyyat kazarmalarına qarşı da müxtəlif növ raketlər tətbiq olunmaqla hücum təşkil edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 sentyabr 2024, Çərşənbə axşamı
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır
20 noyabr 2023, Bazar ertəsi
Prezident Qoşulmama Hərəkatının qadın hüquqları mövzusunda Konfransının iştirakçılarına müraciət edib
