Pressa.az » Dünya » HAMAS Təl-Əvivi raket atəşinə tutub, 2 nəfər yaralanıb

HAMAS Təl-Əvivi raket atəşinə tutub, 2 nəfər yaralanıb

26 may 2024, Bazar günü, 21:44
HAMAS Təl-Əvivi raket atəşinə tutub, 2 nəfər yaralanıb

Son dörd ayda ilk dəfə HAMAS-ın Rafah şəhərindən İsrailin mərkəzinə 8 raket buraxması nəticəsində 2 nəfər yüngül yaralanıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb. Buraxılan raketlərdən 3-ü “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, 5-i açıq əraziyə düşüb. Təl-Əviv yaxınlığındakı Herzliya qəsəbəsində bir evə qəlpələr düşüb, 2 nəfər yüngül yaralanıb. HAMAS Rafah şəhərindən İsrailə 8 raket buraxıb.Liderxeber.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb. Qeyd edilib ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təl-Əviv raket atəşinə tutulub.

Liderxeber.az-ın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, son 4 ayda ilk dəfə HAMAS Qəzza zolağından Təl-Əvivə raket zərbəsi endirib.HAMAS İsrail Ordusunun mülki şəxslərə qarşı əməliyyatına cavab olaraq Təl-Əvivə zərbə endirdiyini açıqlayıb.Raketlər Rafah şəhərindən buraxılıb. Ümumilikdə Təl-Əvivə 10 raket atılıb.