Pressa.az » Dünya » Tramp baş prokuroru vəzifədən azad edir?

Tramp baş prokuroru vəzifədən azad edir?

02 aprel 2026, Cümə axşamı, 10:55
Tramp baş prokuroru vəzifədən azad edir?

ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondini işdən çıxarmağı düşünür.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "The New York Times" məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ lideri P.Bondini hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik edən Li Zeldinlə əvəzləməyi təklif edib. Trampın narazılığının əsas səbəbi Ədliyyə Nazirliyinin və onun qurumunun məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin açıqlanması ilə bağlı hərəkətləridir. Bildirilib ki, onun vəzifəsindən azad edilməsi ilə əlaqədar yekun qərar hələ verilməyib.

Xatırladaq ki, bundan əvvəl Bondi ağır cinayətlərdə təqsirləndirilən amerikalı maliyyəçi Ceffri Epşteyn işinı dair sənədlərdə adı çəkilən 300-dən çox nüfuzlu şəxsin siyahısını dərc edib. Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi 3 milyon səhifədən çox sənədin, eləcə də Epşteyn dosyesindən 2 mindən artıq video və 180 min fotoşəkilin açıqlanmasını başa çatdırıb. Onların arasında müxtəlif ölkələrdən olan kral ailələrinin üzvlərinin, tanınmış dövlət məmurlarının, iş adamlarının, diplomatların və akademiklərin də adları var. Maliyyəçinin tanışları sırasında ABŞ-nin 42-ci prezidenti Bill Klintonun da adı hallanır.