Pressa.az » Dünya » İran həmin xəbəri təkzib etdi - Yenilənib

İran həmin xəbəri təkzib etdi - Yenilənib

10 aprel 2026, Cümə, 08:37
İran həmin xəbəri təkzib etdi - Yenilənib

İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyəti ABŞ ilə planlaşdırılan danışıqlarda iştirak etmək üçün Pakistana səfər edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

Danışıqların 11 apreldə İslamabadda keçirilməsi planlaşdırılır. ABŞ tərəfinin nümayəndə heyətinə isə Vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilir.

***

İran tərəfi “The Wall Street Journal”da yayımlanan İranın danışıqlar aparan heyətinin Pakistanın paytaxtı İslamabadda olduğuna dair xəbəri təkzib edib.

“Fars” agentliyi məsələ ilə bağlı adı açıqlanmayan İran mənbəsinin açıqlamasını dərc edib.

“İran Pakistan rəsmilərinə bildirib ki, Livanda atəşkəs əldə olunana qədər İslamabadda ABŞ tərəfi ilə sülh danışıqlarında iştirak etmək planı yoxdur”, - mənbə qeyd edib.