“Danışıqlar uğursuz olarsa…” - Trampdan xəbərdarlıq
İslamabadda bu gün keçirilməsi planlaşdırılan danışıqlar uğursuz olarsa, ABŞ İrana qarşı zərbələri yenidən başladacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “New York Post”a açıqlamasında danışıb.
“Biz yenidən yükləmə mərhələsindəyik. Gəmilərimizi indiyə qədər yaradılmış ən yaxşı sursatlarla, ən yaxşı, əvvəllər istifadə etdiklərimizdən də daha yaxşı silahlarla təchiz edirik. Əgər razılıq əldə olunmasa, onları çox effektiv şəkildə tətbiq edəcəyik”, - ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqların keçirilməsi planlaşdırılır.
Oxşar Xəbərlər:
29 sen 2025, 16:54
21 iyn 2024, 14:49
06 yan 2025, 17:53
