Hörmüz boğazında qalan Türkiyə bayraqlı gəmilərlə bağlı yeni açıqlama
"Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz boğazında olan Türkiyə bayraqlı 15 gəmidən 3-nün bölgədən uğurla çıxarıldığını bildirib".
Liderxeber.az xəbər verir ki, bu barədə nazir Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Hörmüz boğazında ümumilikdə 15 gəmimiz var idi. Onlardan 3-nü boğazdan çıxardıq. Yerdə qalan 12 gəmidən 4-nün bölgəni tərk etmək tələbi yoxdur. Digər 8 gəmimizin təxliyə prosesini isə Xarici İşlər Nazirliyinin koordinasiyası ilə davam etdiririk. Yaxın günlərdə bu gəmiləri də çıxara biləcəyimizə ümid edirik", - deyə nazir bildirib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
20 noyabr 2024, Çərşənbə
Türkiyənin daxili işlər nazirinə parlamentdə hücum olub, hakim partiya bunu barbarlıq adlandırıb
13 iyun 2024, Cümə axşamı
AK Parti nümayəndə heyəti Azərbaycana gəlir, Şuşada keçiriləcək tədbirdə iştirak edəcəklər
