İran ABŞ ilə danışıqların ikinci raundu barədə qərar verib?
İran ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı qərar verməyib.
Liderxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, danışıqların növbəti raundu barədə hər hansı bir qərar qəbul edilməyib.
İran ABŞ ilə İslamabadda danışıqların ikinci turunda iştirak etməyə razılaşıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Pakistan rəsmilərinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazında baş verən son gərginliklərə rəğmən İran nümayəndə heyəti Birləşmiş Ştatlarla təşkil olunacaq danışıqların növbəti mərhələsinə qatılacaq.
Xatırladaq ki, ötən gün IRNA agentliyi İranın ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirakdan imtina etdiyi barədə məlumat paylaşmışdı.
Agentlik imtinanın səbəbi kimi Vaşinqtonun şişirdilmiş tələblərini, qeyri-real gözləntilərini, danışıqlar mövqeyinin daim dəyişməsini, ziddiyyətləri və İranın dəniz blokadasının davam etməsini göstərib.
