Pressa.az » Dünya » SEPAH həmin ölkələri hədələdi

SEPAH həmin ölkələri hədələdi

22 aprel 2026, Çərşənbə, 09:22
SEPAH həmin ölkələri hədələdi

İran Fars körfəzi ölkələrindəki neft obyektlərinə onların ərazisindən İrana hücum etmək üçün istifadə edilərsə, onları vura bilər.

Liderxeber.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi deyib.

“Cənub qonşularımız başa düşməlidirlər ki, onların coğrafi mövqeyi və infrastrukturu İrana hücum etmək üçün düşmənlərinin xeyrinə istifadə edilərsə, onlar neft hasilatına əlvida deməli olacaqlar”, - Musəvi bildirib.