Pressa.az » Dünya » Atəşkəs kağız üzərində qaldı? - İsrail Livanı vurdu, ölən və yaralananlar var

Atəşkəs kağız üzərində qaldı? - İsrail Livanı vurdu, ölən və yaralananlar var

22 aprel 2026, Çərşənbə, 13:51
Atəşkəs kağız üzərində qaldı? - İsrail Livanı vurdu, ölən və yaralananlar var

İsrail ordusu atəşkəs rejimini pozaraq Livana zərbələr endirib, itkilər var.

Liderxeber.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər agentliyi məlumat yayıb.

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail hərbçiləri Livanın mərkəzində Qərbi Bekaa bölgəsinin Əl-Cabbur şəhəri yaxınlığına PUA vasitəsilə hücum təşkil ediblər.

Agentliyin məlumatına əsasən, həyata keçirilən zərbə nəticəsində bir nəfər həlak olub, daha iki şəxs isə xəsarət alıb.