Blokada xəbəri neft qiymətlərini yüksəltdi
ABŞ-nin İran limanlarına qarşı blokadanı genişləndirə biləcəyi barədə xəbərlər qlobal enerji bazarlarında qiymət artımını sürətləndirib.
Liderxeber.az xəbər verir ki, qlobal bazarda etalon sayılan “Brent” markalı neft üzrə iyun fyuçersləri 0,47 faiz bahalaşaraq, bir barel üçün 111,78 dollara çatıb.
Bununla da “Brent” markalı neft ardıcıl səkkizinci ticarət günündə artım nümayiş etdirib.
Daha aktiv ticarət olunan iyul fyuçersləri də 0,4 faiz artaraq, 104,84 dollar səviyyəsinə yüksəlib.
ABŞ-nin Qərbi Texas Aralıq nefti (WTI) üzrə iyun fyuçersləri isə 57 sent artaraq, bir barel üçün 100,50 dollara çatıb. Əvvəlki sessiyada 3,7 faiz kəskin yüksəliş qeydə alan WTI qiymətləri son səkkiz ticarət gününün yeddisində artımla bağlanıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir
