Pressa.az » Dünya » Tramp: "ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək"

Tramp: "ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək"

15 may 2026, Cümə, 09:00
Tramp: "ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək"

"ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək".

Liderxeber.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Pekinə səfəri çərçivəsində Çin sədri Si Cinpin onu ikinci prezidentliyi dövründə əldə etdiyi uğurlara görə təbrik edib.

Administrasiyasının nailiyyətləri arasında Tramp xüsusilə Venesuela üzərində hərbi qələbəni, onunla inkişaf edən münasibətləri və İranın hərbi cəhətdən "məhv edilməsini" qeyd edib və əlavə edib ki, "bu, davam edəcək".

Qeyd edək ki, ABŞ prezidentinin mayın 13-də Çinə səfəri başlayıb.