Rusiyada xərçəngə qarşı peyvənd tətbiq olundu
Rusiyada5 xəstə xərçəng xəstəliyinə qarşı peyvənd olunub.
Liderxeber.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova açıqlama verib.
Həmin şəxslərin yalnız bağırsaq xərçənginə qarşı peyvənd olunduğu bildirilir.
Onun sözlərinə görə, ilk peyvənd olunan şəxs artıq altı doza qəbul edib. Skvortsova preparatın yaxşı mənimsənildiyini və təhlükəsiz olduğunu qeyd edib. Bununla belə, müalicənin effektivliyi barədə yalnız bir neçə aydan sonra dəqiq danışmaq mümkün olacağı vurğulanıb.
Skvortsova hazırda daha 35 xəstənin peyvəndləmə növbəsində gözlədiyini qeyd edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
05 fevral 2025, Çərşənbə
Mobil telefonlar, dezodorantlar, elektrik cihazlar xərçəngə səbəb olurmu? - Miflər və reallıqlar
09 sentyabr 2023, Şənbə
Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir
