Pressa.az » Dünya » “Hörmüzdən keçid üçün rüsum alınmayacaq”

“Hörmüzdən keçid üçün rüsum alınmayacaq”

26 may 2026, Çərşənbə axşamı, 09:04
“Hörmüzdən keçid üçün rüsum alınmayacaq”

“Hörmüz boğazından keçid üçün rüsum alınmayacaq”

Liderxeber.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Hörmüz boğazı ilə bağlı mümkün razılaşma barədə danışarkən deyib.

O, Hörmüz boğazının idarə olunmasının sahilyanı dövlətlərə məxsus olduğunu və keçid üçün heç bir rüsum olmayacağını bildirib.

Sözçü boğazın idarə olunmasının sahilyanı dövlətlərə məxsus olduğunu söyləyib və keçid üçün rüsumların alınacağı iddialarını rədd edib. Göstərilən xidmətlərin müəyyən xərclərə səbəb ola biləcəyini etiraf edən sözçü bunun “tranzit haqqı” hesab edilməməli olduğunu dilə gətirib.

Bəqayi həmçinin Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasının mümkün razılaşmanın bir hissəsi olacağını əlavə edib.