Netanyahu xəstəxanaya yerləşdirildi
İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə xəstəxanaya yerləşdirilib.
Liderxeber.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Bildirilib ki, Netanyahu bazar ertəsi axşam saatlarında Hadassa Eyn-Kerem tibb mərkəzinə aparılıb. Baş nazirin detalları açıqlanmayan stomatoloji müalicə aldığı vurğulanıb.
Məlumata görə, son zamanlar Netanyahunun səhhəti ictimaiyyət arasında diqqət mərkəzinə çevrilib. İsrail sakinləri Baş naziri tibbi məlumatlarını gizlətməkdə ittiham edirlər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
09 sentyabr 2023, Şənbə
Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir
