Pressa.az » Dünya » SEPAH Dubay aeroportunu vurdu - Rəsmi bəyanat

SEPAH Dubay aeroportunu vurdu - Rəsmi bəyanat

03 iyun 2026, Çərşənbə, 10:58
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi bəyanat

İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava limanının hərbi sektoruna zərbə endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi "Telegram" kanalı xəbər yayıb.

Bildirilib ki, Dubay aeroportunun hərbi hissəsi ilə yanaşı, "Əl-Dəfra", "Əl-Səfran" və "Əl-Minhad" hərbi bazaları da hücuma məruz qalıb.

İyunun 3-də yayılan informasiyalarda qeyd olunurdu ki, SEPAH Bəhreyndə yerləşən ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də region ölkələrinin birindəki aviabazasına raket və dron zərbələri həyata keçirib.