Türkiyə parlamentinin iş müddəti uzadıldı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması ilə bağlı qərar dərc olunub.
Liderxeber.az xəbər verir ki, qərara əsasən, iyulun 1-dən etibarən tətilə çıxmalı olan parlament fəaliyyətini davam etdirəcək.
Məlumata görə, qərar Konstitusiyanın 93-cü maddəsi və TBMM-in Daxili Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, Baş Məclisin iyunun 16-da keçirilən 102-ci iclasında qəbul edilib.
Beləliklə, normal qaydada 1 iyul 2026-cı il tarixində yay tətilinə çıxmalı olan Türkiyə Böyük Millət Məclisi fəaliyyətini dayandırmayacaq və qanunvericilik işlərini davam etdirəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 iyun 2024, Cümə axşamı
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğun hesab edilib - Yenilənib-2
15 mart 2023, Çərşənbə
İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb
