Vens ABŞ və İran arasındakı regional sülh müqaviləsinin detallarını açıqladı
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair razılaşmalar Fars körfəzi dövlətləri ilə yanaşı, İsrail və Livanı da əhatə edəcək".
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens deyib.
O, ABŞ-li jurnalist Megin Kelliyə verdiyi müsahibədə bildirib:
"Bu, regional xarakterli sülh müqaviləsidir. Sənədə Fars körfəzi, İsrail və Livan da daxil ediləcək. Əsas məqsəd bunun həqiqi bir regional sülh sazişi olmasıdır".
Qeyd edək ki, iyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi rolunu oynayan Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında 60 günlük atəşkəs razılaşmasının əldə edildiyini təsdiqləyiblər. Müvafiq sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.
