BƏƏ-də uşaqların internetdən istifadəsi ilə bağlı qərarlar qəbul edildi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum uşaqların internetdə daha təhlükəsiz olması üçün yeni qaydaların qəbul edildiyini bildirib.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu addımın uşaqların rəqəmsal mühitdə qorunmasını gücləndirmək və texnologiyadakı dəyişikliklərə uyğunlaşmaq məqsədi daşıdığını vurğulayıb.
Əl Məktumun sözlərinə görə, məqsəd uşaqların yaşlarına uyğun şəkildə texnologiyadan istifadə etməsini təmin etməkdir.
O həmçinin qeyd edib ki, valideyn icazəsi olsa belə, tətbiq olunan qadağa və məhdudiyyətlər ləğv edilməyəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
