Pressa.az » Dünya » Tramp bazar çöküşü zamanı iri texnologiya şirkətlərinin səhmlərini alıb

Tramp bazar çöküşü zamanı iri texnologiya şirkətlərinin səhmlərini alıb

03 iyul 2026, Cümə, 13:33
Tramp bazar çöküşü zamanı iri texnologiya şirkətlərinin səhmlərini alıb

2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ABŞ Administrasiyasının tarif siyasətinin yaratdığı bazar böhranı zamanı iri texnologiya şirkətlərinin səhmlərini satın almışdı.

Liderxeber.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

"Prezident Donald Tramp 2025-ci il aprelin 8-də bazarlar onun "azadlıq günü" çərçivəsində genişmiqyaslı tarif tətbiqi planına görə sarsıntı keçirərkən, 327 səhm alışı həyata keçirib", - deyə nəşrdə bildirilir.

Məlumatda aydınlaşdırılır ki, intensiv alış prosesi yüksək idxal rüsumlarının elan edilməsindən sonra yaranmış və dörd gün davam edən birja geriləməsinin sonunda baş verib. Donald Trampın investisiya portfelinə daxil etdiyi qiymətli kağızlar sırasında "Nvidia", "Microsoft", "Amazon", "Alphabet" və "Apple" kimi şirkətlər yer alıb.

Telekanalın təhlil məlumatlarına görə, Tramp, əsasən, dəyərini nəzərəçarpacaq dərəcədə itirmiş ən böyük texnologiya şirkətlərinin səhmlərini alıb.