Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi - İranın cavabı gecikmədi
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının xəritəsinin şəklini paylaşaraq, onu “ABŞ-nin yeni ərazisi” kimi təqdim edib.
Liderxeber.az xəbər verir ki, ABŞ liderinin “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşdığı xəritədə Hörmüz boğazı dairəyə alınıb, şəklin üzərinə isə ingilis dilində “New U.S. Territory” (“ABŞ-nin yeni ərazisi”) yazısı əlavə edilib.
Rəsmi Tehranın buna cavabı da gecikməyib. Belə ki, İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi “X”də etdiyi paylaşımda Trampın Hörmüz boğazı ilə bağlı yanlış təsəvvürlərini tezliklə aradan qaldıracaqlarını bəyan edib.
“Yaxın zamanda onun Hörmüz barədə yanlış təsəvvürü ya düzələcək, ya da illüziyalar içində yaşayan bu insanın yanlış təsəvvürlərini biz özümüz düzəldəcəyik”, - paylaşımda deyilir.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Hörmüz boğazını tezliklə ABŞ ərazisi elan edəcəyini bildirmişdi.

