Pressa.az » Dünya » “iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq

“iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq

19 avqust 2026, Çərşənbə, 12:15
“iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq

Gələn ay təqdimatı planlaşdırılan “iPhone 18 Pro Max”ın daha yaxşı kamera sisteminə malik olacağı bildirilir.

Liderxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, “dəyişkən diafraqma” sistemi yalnız “Pro max” üçün nəzərdə tutulacaq.

Belə ki, “18 Pro Max”ın 6x optik böyütmə və daha inkişaf etmiş prizma telefoto linza texnologiyasına sahib olacağı iddia edilir.

Bu o deməkdir ki, foto çəkərkən obyektiv həmişə tam açıq qalacaq. Dəyişkən linza ilə “iPhone 18 Pro Max” istifadəçilərə DSLR kameralarda olduğu kimi diafraqmanı əl ilə dəyişdirməyə imkan verəcək. Bu, sahə dərinliyi üzərində daha çox nəzarəti təmin edəcək, obyektlərə daha kəskin fokuslanmağa və ya daha yumşaq fon bulanıqlığına imkan verəcək.

Məhz buna görə “iPhone 18 Pro Max”ın daha böyük ölçüdə və ağır olacağı deyilir.