Pressa.az » Dünya » ABŞ hərbçilərinin İrana endirdiyi zərbələrin məqsədi açıqlandı

ABŞ hərbçilərinin İrana endirdiyi zərbələrin məqsədi açıqlandı

31 avqust 2026, Bazar ertəsi, 10:46
ABŞ hərbçilərinin İrana endirdiyi zərbələrin məqsədi açıqlandı

ABŞ hərbi qüvvələrinin İran ərazisinə endirdiyi zərbələrin əsas məqsədi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazını minalamasının qarşısını almaq olub.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

"ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı üçün birbaşa təhlükə yaradan və minalama işləri həyata keçirən SEPAH qüvvələrinə qarşı məhdud nöqtəvi əməliyyatlar icra edib", - deyə qurumun "X" səhifəsində qeyd olunub.

Bundan əvvəl "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket qurğusunu vurduğunu bildirmişdi. Mənbənin sözlərinə görə, İran tərəfinin bu qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlərin buraxılması üçün istifadə etmək niyyətində olduğu iddia edilirdi.