Estoniyanın müdafiə naziri istefa verdi
Estoniyanın müdafiə naziri Hanno Pevkur hərbi müqavilələrdə aşkar edilən nöqsanlara görə istefa verib.
Liderxeber.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
"Dövlət Nəzarətinin ilk növbədə Müdafiə Qüvvələri və Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin fəaliyyətinə dair iradları siyasi məsuliyyət məsələsi yaradır. Məhz buna görə, mən bütün müdafiə sektoru üzrə siyasi məsuliyyəti öz üzərimə götürməyi və baş nazirə uyğun olan vaxtda müdafiə naziri postunu təhvil verməyi doğru hesab edirəm", - deyə Pevkur bildirib.
Qeyd olunur ki, Estoniyanın Ukraynaya mərmi almaq istədiyi və bu məqsədlə əvvəllər heç vaxt silah-sursat satmayan hindistanlı iş adamlarına ümumilikdə 70 milyon avro məbləğində avans ödədiyi üzə çıxıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
13 iyun 2024, Cümə axşamı
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb

