Pressa.az » İdman » Səudiyyəyə futbolçu satışından ən çox gəlir əldə edən klublar bəlli oldu

Səudiyyəyə futbolçu satışından ən çox gəlir əldə edən klublar bəlli oldu

10 iyul 2025, Cümə axşamı, 15:46
Səudiyyəyə futbolçu satışından ən çox gəlir əldə edən klublar bəlli oldu

Səudiyyə Ərəbistanı klublarına futbolçu satan "Aston Villa" ən çox pul qazanan klublar siyahısında liderliyə yüksəlib.

Liderxeber.az xəbər verir ki, "Transfermarkt" portalı maraqlı reytinq dərc edib.

"Aston Villa" son 5 mövsümdə Səudiyyə Peşəkar Liqasına satılan oyunçuların ümumi dəyərinə görə Avropa komandaları arasında liderdir - 137 milyon avro.

Bu reytinqin ilk 20-liyində İngiltərənin 8 klubunun yer alması diqqət çəkir.

Səudiyyə Ərəbistanı klublarına futbolçu satışından ən çox pul qazananlar:

137 milyon avro - "Aston Villa";

110 milyon avro - "Portu";

103 milyon avro - PSJ;

87.5 milyon avro - "Mançester Siti";

64.5 milyon avro - "Çelsi";

60.7 milyon avro - "Liverpul";

60 milyon avro - "Vulverhempton";

52.6 milyon avro - "Fulhem";

49.5 milyon avro - "Roma";

42 milyon avro - "Brentford";

40 milyon avro - "Benfika";

40 milyon avro - "Latsio";

35 milyon avro - "Leypziq";

32 milyon avro - "Marsel";

30 milyon avro - "Bavariya";

30 milyon avro - "Selta";

29.1 milyon avro - "Seltik";

27.2 milyon avro - "Nyukasl";

25 milyon avro - "Lans".