Pakistan Ermənistana ilk səfirini təyin etdi - Foto
Pakistan Ermənistanla diplomatik münasibətlər qurduqdan bir il sonra həmin ölkəyə ilk səfirini təyin edib.
Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Pakistanın İrəvandakı ilk səfiri Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.
Məlumata görə, tərəflər görüş zamanı qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.
Xatırladaq ki, Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat Mirzoyanla Məhəmməd İshaq Dar 2025-ci il avqustun 31-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd imzalayıblar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
