Pressa.az » Dünya » Suriyada benzinin qiyməti artdı, etirazlar başladı

Suriyada benzinin qiyməti artdı, etirazlar başladı

14 sentyabr 2026, Bazar ertəsi, 10:03
Suriyada benzinin qiyməti artdı, etirazlar başladı

Suriyada yanacaq qiymətlərinin kəskin artması kütləvi etirazlara səbəb olub.

Liderxeber.az SANA agentliyinə istinadən xəbər verir ki, aksiyalar daha çox Rəqqə, Hələb və İdlib şəhərlərində qeydə alınıb.

Bildirilir ki, axşam saatlarında nümayişçilər Suriyanın əsas magistral yolu olan M5 yolunu bağlayıb və təkərlər yandırmağa başlayıblar. Bu magistral yol əhalinin sıx yaşadığı Hələb və Hama şəhərlərini birləşdirir. 

Qeyd edək ki, sentyabrın 13-də Suriyada yanacaq qiymətləri 40% artıb. Belə ki, Aİ-95 benzinin qiyməti 152 Suriya lirəsindən (təxminən 2,11 AZN) 195 lirəyə (təxminən 2,70 AZN), dizel yanacağının qiyməti isə 125 lirədən (təxminən 1,73 AZN) 175 lirəyə (təxminən 1,99 AZN) qalxıb. Suriyanın Energetika Nazirliyi qiymət artımının dünya bazarlarındakı vəziyyət və idxal payının yüksək olması ilə əlaqələndirib.