Avropada qazın qiymətində - Son 4 ilin rekordu
Avropada birjada təbii qazın qiyməti 2022-ci ilin dekabrından sonra ilk dəfə olaraq min kub metr üçün 1000 dolları keçib.
Liderxeber.az xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatlarından məlum olub.
Bildirilir ki, Niderlanddakı TTF habında oktyabr fyuçersinin dəyəri min kubmetr üçün təxminən 1004 dollar və ya MVt·s üçün 84,07 avro səviyyəsinə yüksəlib.
Qaz qiymətlərinin artması qış fəsli ərəfəsində anbar tədarüklərinin rekord dərəcədə aşağı olması və Yaxın Şərqdə münaqişənin davam etməsi ilə əlaqələndirilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanda bir sıra kommunal xidmətlərin yeni qiymətləri müəyyənləşdirilib
