Gürcüstan DTX-nin rəhbəri postundan getdi - Nazir müavini olacaq - Yenilənib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze istefa verib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Bildirilib ki, Geladze siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, o bu ilin aprelində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə gəlmişdi. Geladze həmin postda siyasətdən gedən Mamuka Mdinaradzeni əvəz etmişdi.
***
G.Geladzenin yeni vəzifəsi məlum olub.
O, daxili işlər nazirinin müavini postunu tutacaq.
Maraqlıdır ki, gürcü məmur 2025-ci ilin mayından 2026-cı ilin aprelinə qədər Gürcüstan DİN-in rəhbəri olub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
