“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”
“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”.
Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şimali Karolinada keçirilən tədbirə qatılmaq üçün təyyarədən enərkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
İranın razılığa gəlmək istədiyini deyən Tramp Tehrandan birbaşa əlaqə yaradıldığını vurğulayıb.
ABŞ-nin İranla müharibənin hansı mərhələsində olduğu barədə suala cavabında isə Tramp deyib ki, müharibənin sonuna yaxınlaşdıqlarına ümid edir.
O, İranın razılaşmaq istədiyini bildirib: “İran, həqiqətən, razılığa gəlmək istəyir, görək bu proses necə bitəcək”.
ABŞ Prezidentindən İrandan birbaşa, yoxsa vasitəçilər üzərindən xəbər aldığı soruşulduqda isə o, “birbaşa xəbər” aldığını söyləyib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
