Pakistandakı terrorda ölənlərin sayı artdı - Aralarında polislər də var
Sentyabrın 18-də Pakistanın Xeybər-Paxtunxva əyalətində cümə namazı zamanı məscidin yaxınlığında baş verən partlayış nəticəsində ən azı 21 nəfər həlak olub, 80-dən çox adam yaralanıb.
Liderxeber.az “Geo TV”yə istinadən xəbər verir ki, ölənlərdən 15 nəfəri polisdir.
Bildirilib ki, hadisə məscidin yaxınlığında partlayıcı maddələrlə doldurulmuş avtomobilin partlaması nəticəsində baş verib.
Partlayışdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. Atışma zamanı kompleksin ərazisində ikinci partlayış baş verib.
Xatırladaq ki, daha əvvəl hadisə nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 fevral 2025, Bazar ertəsi
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib
24 sentyabr 2024, Çərşənbə axşamı
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır
