Pressa.az » Dünya » Türkiyədə liseyə silahlı hücum

Türkiyədə liseyə silahlı hücum

22 sentyabr 2026, Çərşənbə axşamı, 11:52
Türkiyədə liseyə silahlı hücum

Türkiyənin Manisa şəhərinin Turgutlu rayonunda lisey qarşısında baş verən silahlı hücum nəticəsində 8 nəfər yaralanıb.

Bu barədə Liderxeber.az-ın NTV nəşrinə istinadən xəbər verir.

Məlumata görə, hücum edən şəxs saxlanılıb.

Həmçinin hücum edənin məktəb ərazisinə daxil olması və hadisədən sonra qaçdığı görüntülər də ortaya çıxıb.

Hücum edən şəxsin liseyin 9-cu sinif şagirdi olduğu bildirilir.

Türkiyənin Manisa bölgəsində təhsil müəssisəsinin yaxınlığında baş verən silahlı insident nəticədə məktəblilər də daxil olmaqla beş nəfər xəsarət alıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır, cinayətkar isə hadisə yerindən uzaqlaşa bilib.

Liderxeber.az NTV kanalına istinadən xəbər verir ki, silahlı insident səhər saatlarında Turqutlu rayonunda yerləşən liseyinin önündə qeydə alınıb.

İlkin ehtimallara əsasən, kimliyi məlum olmayan şəxs hələlik aydınlaşdırılmamış səbəblərdən məktəbin ətrafında pərakəndə atəş açmağa başlayıb.

Hadisə nəticəsində şagirdlərin də aralarında olduğu beş nəfər yaralanıb. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.

Silahlı şəxs insidentdən dərhal sonra qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin yaxalanması istiqamətində axtarış tədbirlərinə start veriblər.

Hazırda məktəb ətrafında təhlükəsizlik tədbirləri artırılıb, müvafiq xilasetmə və tibb xidmətləri davam etdirilir.