Pressa.az » Dünya » Quru meyvələr bu xəstəliklərdə faydalıdır

Quru meyvələr bu xəstəliklərdə faydalıdır

27 sentyabr 2023, Çərşənbə, 13:18
Quru meyvələr bu xəstəliklərdə faydalıdır

Dietoloqlar quru meyvələr haqqında maraqlı fikirlər açıqlayıblar.

Quru meyvələr insan sağlamlığı üçün çox faydalı hesab olunur, lakin onların faydasının nə olduğunu, orqanizmə necə kömək etdiyini az adam bilir.
e-tibb.az xarici mediaya istinadən mütəxəsssislərin quru meyvələr haqda fikirlərini təqdim edir.

Bildirilir ki, kişmiş qan təzyiqini azaltmaq üçün, sakitləşdirici kimi qəbul oluna bilər, diabet, ürək-damar xəstəlikləri riskini azaltmağa da kömək edir.
Gavalı çox lifləri sayəsində ürək xəstəlikləri ilə yanaşı qanda şəkərin sıçrayışları ilə də mübarizə aparır.

Xurmanın müntəzəm  istifadəsi sonsuzluqla mübarizədə faydalı sayılır. Doğuş zamanı uşaqlıq boynunun geniş açılmasına kömək etməyi ilə tarixən məlumudur.

Qurudulmuş ərik görmə qabiliyyətini qorumağa kömək edir. Bu məhsul liflər, kalium, A və C vitaminləri ilə zəngindir.

Əncirdə isə  ürək və qan-damar sistemi üçün faydalı olan çox miqdarda dəmir var. Onda olan  kalsium, kalium, yod və fosfor da mədə-bağırsaq traktının fəaliyyəti üçün çox faydalıdır.

Alma qurusu da çoxlu sayda vitaminlərlə zəngindir. Mədə-bağırsaq traktının, sinir sisteminin işini tənzimləyir və ürək, qalxanabənzər vəzinin xəstəliklərinə qarşı faydalı bir profilaktikdir.

Qurudulmuş armud həyacanı, narahatlığı azaldır, soyuqdəymə ilə mübarizə aparır, ürəyin və qan damarlarının sağlamlığını gücləndirir.