Pressa.az » Dünya » Göyərtini uzun müddət təzə saxlamağın üsulları

Göyərtini uzun müddət təzə saxlamağın üsulları

27 sentyabr 2023, Çərşənbə, 17:32
Göyərtini uzun müddət təzə saxlamağın üsulları

Yaz-yay mövsümündə xanımları ən çox düşündürən mövzulardan biri də göyərtilərin uzun müddət necə təzə saxlaya biləcəkləri mövzusudur. Göyərtilər çox xeyirli olsa da, ömürləri az olur. İstifadə müddətini artıracaq araşdırılan və yoxlanılan üsullardan bir neçəsini təqdim edirik.

Çox sadə praktik üsullarla soyuducuda tərəvəz və göyərtilərin saxlanılması müddətini uzatmaq mümkündür.

Cəfəri, şüyüd, nanə, vəzəri kimi göyərtiləri, tərəvəzləri soyuducuda bir neçə həftə xarab olmadan saxlamaq mümkündür. Bunun üçün əvvəlcə göyərtilərin kökünü kəsin və dəstəsinin bağını açın. Yumadan əvvəl bir kağız dəsmala ya da qəzet kağızının üzərinə səpələnmiş şəkildə yerləşdirin. Bir neçə saat göyərtilərin üzərindəki artıq su quruyana qədər saxlayın. Sonra bu göyərtiləri əlinizlə boş bir dəstə hazırlayın. Bir su bankasına yaşıllıqların saplağı aşağıda qalacaq şəkildə yerləşdirin və daha sonra bankanın qapağını bağlayıb soyuducuda yerləşdirin. Ehtiyacınız olduqda bankadan bir hissəsini çıxarıb istifadə edin. Tərəvəzlər üçün banka kiçik olarsa, bağlanan neylon torbanın içərisinə kağız dəsmalı yerləşdirin, sonra hazırladığınız tərəvəzləri yerləşdirin, bu formada da qoruya bilərsiniz.

Digər bir üsul, göyərtini bir müddət təzə saxlamaq üçün kağıza büküb, polietilen paketə yerləşdirib daha sonra isə soyuducuya qoymaq lazımdır. Göyərtini birbaşa polietilen paketdə saxlamaq düzgün deyil.

Yuyulmuş, qurudulmuş göyərti çay dəsmalı, təmiz parça və ya qəzetə bükülərək, ağzı kip bağlanan konteynerdə soyuducunun ən yuxarı gözündə saxlanıla bilər. Bu halda göyərtini azı 2 həftə təzə saxlamaq olur.

Qeyd etdiklərimizdən istifadə edib razı qalacağınıza ümid edirik… Sizin də bu mövzuda xüsusi üsullarınız varsa, şərhlərdə qeyd etməyi unutmayın.