Aİ-dən Tatarıstan rəhbərinə qarşı sanksiya
Avropa İttifaqı (Aİ) Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanova qarşı sanksiyalar tətbiq edib.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında deyilir.
Minnixanova qarşı sanksiya Ukraynadakı münaqişə zonasından uşaqların təxliyəsinə görə tətbiq olunub. Brüssel bunu “məcburi deportasiya” adlandırıb.
Ümumilikdə sanksiyalara Rusiya və Şimali Koreyadakı uşaq və gənclər idman düşərgələri də daxil olmaqla 10 fiziki şəxs və 17 təşkilata qarşı aktivlərin dondurulması və giriş qadağası daxil edilib.
