Pressa.az » Dünya » Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Putin qərar imzaladı

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Putin qərar imzaladı

29 sentyabr 2026, Çərşənbə axşamı, 15:13
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Putin qərar imzaladı

Rusiya Prezidenti Vladimir Putin bir sıra istisnalar olmaqla, fiziki şəxslərə Rusiyadan Avrasiya İqtisadi Birliyi, Azərbaycan, Tacikistan və Özbəkistana bir milyon rubldan çox nağd pul çıxarılmasını qadağan edib.

Bu barədə Liderxeber.az "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, Rusiya prezidenti müvafiq fərmanı imzalanıb.

Bundan əlavə, Putin hüquqi şəxslərin və fərdi sahibkarların Rusiyadan Azərbaycana, Tacikistana və Özbəkistana nağd rubl ixracına qoyulan qadağanı da uzadıb.

Fərmanla hüquqi şəxslərə və fərdi sahibkarlara məbləğindən asılı olmayaraq pul çıxarılması qadağan edilib.

Təsdiqlənmiş bank çıxarışları ilə hökumət tərəfindən təyin olunmuş beynəlxalq hava limanları vasitəsilə ixrac üçün, beynəlxalq daşınmalar üçün və Xarici İşlər Nazirliyinin bildirişi əsasında diplomatik məqsədlər üçün istisnalar nəzərdə tutulub. Qərara görə, qadağanın pozulması halında, fiziki şəxslərdən artıq valyuta müsadirə olunur, hüquqi şəxslərdən və fərdi sahibkarlardan isə bütün məbləğ müsadirə olunur.