Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar
Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Azərbaycan Respublikasının bayrağı olan stend aşırdılıb, stenddəki dövlət bayrağımızın üzəri isə cızılıb.
Liderxeber.az xəbər verir ki, hadisə sentyabrın 29-da qeydə alınıb.
Gürcüstan bayrağına isə zədə yetirilməyib.
Qeyd edək ki, stend Azərbaycan və Gürcüstan dostluğunun simvolu olaraq ərazidə basdırılmış ağacların önündə yerləşirdi.


Oxşar Xəbərlər:
26 may 2025, 10:26
09 noy 2023, 10:32
08 noy 2024, 15:32
