Pressa.az » Dünya » Husilər Səudiyyə Ərəbistanında aeroportları və neft obyektlərini vurdular

Husilər Səudiyyə Ərəbistanında aeroportları və neft obyektlərini vurdular

06 oktyabr 2026, Çərşənbə axşamı, 14:23
Husilər Səudiyyə Ərəbistanında aeroportları və neft obyektlərini vurdular

Yəmən husiləri Səudiyyə Ərəbistanı ərazisindəki aeroportlara, neft obyektlərinə və hərbi bazalara zərbələr endiriblər.

Liderxeber.az xəbər verir ki, bu barədə Yəmən husilərinin hərbi sözçüsü Yəhya Sariya məlumat yayıb.

Y.Sariyanın sözlərinə görə, hücumlar ballistik və qanadlı raketlərin, həmçinin pilotsuz uçuş aparatları (PUA ilə həyata keçirilib. O vurğulayıb ki, hücumlardan biri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına yönəldirilib. Sözçü hədəfin vurulduğunu və ölkənin hava məkanının pozulduğunu qeyd edib.

Husilərin nümayəndəsinin açıqlamasına əsasən, ikinci hücum nəticəsində Məkkə bölgəsinin Rabiğ şəhərindəki "Aramco" şirkətinə məxsus neft emalı zavodu hədəfə alınıb.

Üçüncü əməliyyat zamanı isə husilər cənubdakı Əsir bölgəsində yerləşən Abha hava limanına, Xamis-Muşayt bazasına və Akfa düşərgəsinə zərbələr endiriblər. Bundan əlavə, Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran və Cazan bölgələrində yerləşən digər həssas obyektlər də hücuma məruz qalıb.

Sariya bu zərbələrin Səudiyyə Ərəbistanının son 24 saat ərzində Səna şəhərinə və Yəmənin Əl-Cövf, Taiz, Həccə, Səədə və Mərib əyalətlərinə etdiyi hücumlara cavab xarakteri daşıdığını bəyan edib.

"Ənsar Allah" (husilər) hərəkatı Yəmənin iki əyalətində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin mövqelərini hədəfə alaraq, düşmənin şəxsi heyətinə və hərbi texnikasına ciddi ziyan vurub.

Liderxeber.az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya məlumat yayıb.

"Son saatlar ərzində husilərin silahlı qüvvələri Əl-Cəvf əyalətindən şərq istiqamətində Səudiyyə qoşunlarının mövqelərinə onlarla zərbə endirib. Bundan əlavə, ordumuz Mərib əyalətində Səudiyyə qüvvələrinin cəmləşdiyi ərazilərə də hücum əməliyyatları həyata keçirib", - deyə bəyanatda qeyd olunur.

Y.Sariyanın sözlərinə görə, həyata keçirilən bu iki əməliyyat gedişatında rəqib ordu canlı qüvvə itkisinə məruz qalıb, həmçinin "bəzi hərbi texnikalar yandırılıb".

Hərbi nümayəndə vurğulayıb ki, husilərin həmlələri nəticəsində koalisiya qüvvələrinin bəzi hərbi bölmələri Taiz əyalətindəki mövqelərindən geri çəkilmək məcburiyyətində qalıb.

DünyaYəmən lideri paytaxtı husilərdən azad etmək üçün əməliyyata başladıqlarını bildirdi

Xatırladaq ki, oktyabrın 5-də Yəmənin Prezident Rəhbər Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi paytaxtı üsyançılardan təmizləmək məqsədilə irimiqyaslı "Yəmənin sübhü" adlı hərbi əməliyyata başlanıldığını elan etmişdi. Ərəb koalisiyası qırıcılarının dəstəyi ilə hökumət qoşunları husiləri Zubab bölgəsindən sıxışdırıb çıxarıb və Bab-əl-Məndəb boğazı üzərində nəzarəti yenidən bərpa edib. Yəmən ordusunun hücuma keçən quru qoşunlarına hava dəstəyi təmin etmək üçün Ər-Riyadın rəhbərlik etdiyi alyans sözügedən əməliyyata 100 qırıcı təyyarə cəlb edib.